Bakının “Azadlıq” metro stansiyasının çıxışında yerləşən avtobus dayanacağında ötən gün axşam saatlarında insan sıxlığı yaranıb. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
İzdihama səbəb Binəqədi, Fatmayı, Mehdiabad kəndlərinə gedən avtobusların hərəkətində gecikmə olub. Bildirilir ki, “Baksol” yolunda aparılan təmir işlərinə görə vəziyyət daha da gərginləşib.
Sakinlər qeyd ediblər ki, onlara alternativ yollardan istifadə ilə bağlı göstəriş verilsə də, bu yolların istiqaməti barədə onlara məlumat verilməyib.