Bakıda əks yola çıxan sürücü qorxulu anlar yaşadıb. Bu haqda 18 aprel tarixində Avtosfer.az məlumat verib.
Azadlıq prospektində 99-JK-780 qeydiyyat nişanlı “Ford” markalı yük avtomobilinin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücü qarşıdan avtomobillərin gəlməsinə əhəmiyyət verməyərək onların üzərinə sürüb.
Post Patrul Xidməti əməkdaşları sürücünü dayandıraraq irad bildiriblər.