2024-cü il oktyabrın 19-dan 20-nə keçən gecə, saat 02:30-dan 05:30-dək Bakı şəhərinin bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinin müvəqqəti dəyişdirilməsi ilə əlaqədar olaraq, Hava Limanı şosesi, Heydər Əliyev prospekti və digər əsas yollar üzrə avtomobil hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Bu barədə Bakuplus.az-a AZAL-dan məlumat verilib.
AZAL sərnişinlərə gecikmələrin qarşısını almaq üçün səfərləri öncədən planlamağı, alternativ olaraq Zığ şosesi – Zığ-Hövsan – Hava Limanı marşrutundan istifadə etməyi, icimai nəqliyyat vasitələrinə üstünlük verməyi məsləhət görür. Məlumatda qeyd edilir ki, "Aeroexpress” avtobusları gecə saatlarında 45 dəqiqə intervalla xidmət göstərir.