Bakıdan Fərqanəyə aviareys açılır. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Azərbaycan Hava Yolları 15 dekabr tarixindən etibarən Bakıdan Özbəkistanın Fərqanə şəhərinə uçuşlar həyata keçirəcək.
Bununla da AZAL-ın Özbəkistana olan istiqamətlərinin sayı 3-ə çatdırılır. Aviaşirkət, həmçinin Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir.