Məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin yoxlanılması üçün diaqnostik qiymətləndirmə başlayır.
Bakuplus.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 19-20 oktyabr tarixlərində keçiriləcək bu qiymətləndirmə, 13,000-ə yaxın pedaqoji işçinin iştirakı ilə 28 imtahan mərkəzində baş tutacaq.
Prosesin məqsədi məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaqdır. Bu çərçivədə, pedaqoji heyətin peşəkarlığının inkişafı üçün maarifləndirici görüşlər, onlayn sınaq qiymətləndirmələri və seminarlar təşkil edilib.