14 oktyabr 2021-ci il tarixindən 101 nömrəli marşrut xəttinin hərəkət sxemi dəyişdirilib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Avtobuslar Türkan qəsəbəsi - Qala qəsəbəsi - Qala dəmiryolu stansiyası - Mərdəkan qəsəbəsi istiqamətində hərəkət edəcəklər.
Bundan əvvəl, 9 oktyabr tarixindən Bakıətrafı bəzi marşrut xətlərində dəyişikliklər olmuşdur.