Bakı Dövlət Universitetinin rektorunun müşavirini bıçaqlayan şəxs cəzalandırılıb. Bu haqda 20 aprel tarixində APA məlumat verib.
İyulun 27-də BDU-nun əsas korpusunda fəhlə kimi işləyən İsmixan Mirzəyev maaşının qəfildən azaldılmasına, sonra isə işdən azad edilməsinə görə rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlamışdır. Onlar xəsarətlər almış və xəstəxanaya yerləşdirilmişdirlər.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.2 maddələri ilə təqsirləndirilib və 7 il müddətinə azadlıqdan məhrum edilib.