Bu gündən Bakı bulvarında gəmi gəzintisi bərpa edilir.
Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb.
Məlumat üçün bildirək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzinti zamanı 650 nəfəri daşıya bilir. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan ikimühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
2022-ci ildə Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri işləmirdi.