Bakıda 2 avtobusun marşrutu dəyişir. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
113 və 191 nömrəli avtobuslarda marşrut xətti müvəqqəti olaraq dəyişdirilir. Səbəb kimi Suraxanı rayonunda yerləşən dəmiryolu keçidinin təmir olunması göstərilir.
Dəyişikliklər 17 dekabr tarixindən etibarən qüvvəyə minəcək.