Bakıda körpənin mədəsindən yad cisim aşkarlanıb. Bu haqda 2 aprel tarixində Bakuplus.az Dr. Aydın Əliyevə istinadən xəbər verir.
Paytaxt ərazisində İstanbul Hospitala gətirilən 3 yaşlı körpənin müayinəsi zamanı mədəsində yad cisim - şurup parçası aşkar edilib.
Məlum olub ki, körpə şurup qırığı ilə oynayarkən burnuna qoyub. Daha sonra metal cisim burun-udlaq vasitəsilə qida borusuna, oradan isə mədəyə düşüb.
“Qərar verilib bir neçə gün gözlənilsin. Şurup körpənin mədəsindən özü təbii üsulla çıxacaq”, - Aydın Əliyev bildirib.