Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Sabir küçəsində yerləşən mağazada qeyri-adi çaydanlar tapmaq mümkündür. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az xəbər verir.
“Çaydan” adlı mağazada ABŞ-dan gətirilmiş unikal çaydanlar satılır. Tamamilə əl işi olan bu çaydanlar müxtəlif dizayn və formadadırlar, keramika və çuqundan düzəldiliblər. Maraqlısı odur ki, hər çaydandan ancaq bir nümunə mövcuddur. Sadəcə bir neçə modelin fərqli rənglərini tapmaq olar.
Burada heyvanlara, meyvələrə, tərəvəzlərə oxşar, güllərə bənzər çaydan, stəkan və nəlbəkilər görmək olar.
Qiymətlər 25 manatdan başlayır. Mağazada həmçinin əyləşib çay və ya kofe içmək mümkündür.
[URIS id=39027]