Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi, metronun “20 Yanvar” stansiyası istiqamətində yaşayış binasında aparılan təmir işləri ilə əlaqədar avtobus zolağının müəyyən hissəsi qismən məhdudlaşdırılıb.
Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, həmçinin Nizami rayonu, Heydər Əliyev prospekti, mərkəz, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi, “Koroğlu” m/st istiqamətlərində yolda qısamüddətli təmir işləri aparılır.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.
[caption id="attachment_153814" align="alignnone" width="300"]
Foto NİİM[/caption]
[caption id="attachment_153812" align="alignnone" width="300"]
Foto NİİM[/caption]