Bakıda bir mənzili bir neçə nəfərə satan şirkət rəhbərinin məhkəməsi başlayır. Bu haqda 12 aprel tarixində APA məlumat verib.
"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Fariz Nuriyev inşa edilən yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıb. Onun əməlindən iki nəfər zərər çəkib.
Fariz Nuriyev barəsində Cinayət Məcəlləsinin “Dələduzluq külli miqdarda törədildikdə”, “Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda” və “Vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanıb. Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.