Bakıda şagirdlərlə MMA üzrə çempionun görüşü baş tutacaq. Bu haqda BakuPlus.az bu gün, 16 fevral tarixində xəbər verir.
17 fevral, saat 12:00-da baş tutacaq görüş 90 nömrəli tam orta məktəbdə keçiriləcək.
Şagirdlərin görüşünə bu dəfə yüngül çəkidə AMC FNG çempionu NOMAD MMA N1 Pro kəmər sahibi, 2 qat WMMAF versiyasında MMA üzrə Dünya Çempionu, Dünya Kubok Çempionu, MMA üzrə Avrasiya Çempionu Nəriman Abbasov gələcək.
Tədbir Sabunçu Gənclər Evinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacaq.