Dövlət Xidmətinin Bakı Regional İdarəsinə yeni rəhbər təyin olunub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Malik Hüseynov müvəqqəti olaraq Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinə rəis təyin olunub.
Daha öncə Azər Namazovun sözügedən vəzifədən azad olunması barədə məlumat verilmişdi.