Bakıdakı daha bir marşrut xətti “BakuBus”a həvalə olunacaq. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
“Koroğlu” NMM ilə Ramana qəsəbəsini əlaqələndirən 163 nömrəli marşrut üzrə bundan sonra “BakuBus”ın avtobusları hərəkət edəcək. Dəyişiklik 16 mart 2023-cü ildən qüvvəyə minəcək.
Əvvəlki daşıyıcı şirkət “Monella” MMC-nin avtobuslarında çoxsaylı nöqsanlar aşkar olunmuşdur. İşçilər tibbi müayinədən, avtobuslar isə texniki baxışdan keçirilməmişdir. Həmçinin sərnişinlərdən çoxsaylı şikayətlər gəlmişdir.
[caption id="attachment_94156" align="alignnone" width="640"]
Foto BNA-nın rəsmi Telegram kanalı[/caption]