Paytaxt ərazisində heyvan kəsimi məntəqələri yoxlanılıb. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən monitorinq zamanı 1 məntəqədə nöqsan aşkarlanıb və bərpa olunmuş qanunsuz metal konstruksiyalar yenidən sökülüb.
Obyekt Xəzər rayonu, Binə qəsəbəsi Qasım bəy Zakir küçəsində yerləşir.
Qeyd olunan məntəqənin sahibi ilə profilaktik söhbətlər aparılıb, o, məsuliyyətə cəlb olunub.
Qurumun yoxlamaları davam etdirəcəyi gözlənilir.