Bakıda iki nəfəri öldürməyə cəhd edən şəxsin cəzası yüngülləşdirilib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Tural Nağıyevin 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb.
Təqsirkar 22 dekabr 2019-cu ildə Yasamal rayonu, Şərifzadə küçəsi, 67A nömrəli evin qarşısında, içərisində 33 yaşlı Zülfü Muradov və 38 yaşlı İlkin Bağıyevin olduğu avtomobili güllələyib.
Nəticədə hər iki şəxs müxtəlif xəsarətlər alıb.
Yaralanan Z.Muradov isə xəstəxanadan çıxan kimi narkotik dövriyyəsində təqsirləndirilərək 6 il müddətinə həbs olunub. O, meyxanaçı Rəşad Dağlının dostudur.