Bakı Ağır Cinayətlər Məhkəməsində narkotacirlərə hökm oxunub. Bu haqda bu gün, 20 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Novruzəli Novruzov 11 il, Amid Həmzəyev isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onlar xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin satışını təşkil etməklə məşğul idilər.