DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu haqda 4 aprel tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən sürücülərə meteoroloji şəraitə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, reklam lövhələrinin yaxınlığında saxlamamaq tövsiyə edilir.
Müraciətdə piyadalara yalnız müəyyən olunmuş yerlərdən keçmələri, yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən təhlükəsiz yerləri seçmələri məsləhət görülür.
Həmçinin, piyadalardan açıq hava şəraitində hərəkətlərini mümkün qədər məhdudlaşdırmaqları xahiş olunur.