6 sentyabr tarixində Bakıda koronavirus xəstəsi ictimai nəqliyyatda saxlanıb. Hadisə Binəqədi rayonunda Azadlıq metro stansiyasının yaxınlığında qeydə alınıb. Bu barədə daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Binəqədi Rayon 5-ci Polis Bölməsinin əməkdaşları gündəlik yoxlamalar zamanı 147 saylı avtobusda sərnişinin maskadan istifadə etmədiyini görüb ictimai nəqliyyatdan düşürüb.
Araşdırmalar nəticəsində paytaxt sakini Nəriman Xəmidovun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olduğu müəyyən edilib.
Onun barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bundan əvvəl, Bakının Qaradağ rayonunda 2 sentyabr tarixində aktiv koronavirus xəstəsi olan Ramal Feyzullayev ictimai yerdə aşkarlanaraq barəsində cinayət işi başlanmışdır.