Memar Əcəmi metro stansiyası yaxınlığında marketdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 19 aprel tarixində xəbər verir.
Aprelin 14-də Cavadxan küçəsindəki marketlərdən birinin dolabından 11.000 manat pulun oğurlanması barədə məlumat vermilmişdir. Hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Hacızadə müəyyən edilərək saxlanılıb.
İstintaq tədbirləri davam edir.