Bakıda martda 40 milyona yaxın sərnişin daşınıb. Bu haqda 14 aprel tarixində Report məlumat verib.
Bu ilin mart ayında Bakıda müntəzəm marşrut xətləri ilə 39,4 milyon sərnişin daşınıb. Onlardan 64% sərnişin gediş haqqını nağdsız ödəyib.
Yanvar-fevral aylarında müntəzəm marşrut xətləri üzrə ümumilikdə 80.7 milyon sərnişin səfəri qeydə alınıb. Bundan əlavə, iki yeni müntəzəm marşrut xətti təşkil edilib. 9 müntəzəm marşrut xətti üzrə isə hərəkət sxemi təkmilləşdirilib.