Bakıda ofisə basqın edən rəis qardaşına hökm oxunub. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Samir Qarayev 3 ay müddətinə ev dustaqlığına məhkum edilib.
O, Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edərək sahibkarı döymüşdü. S.Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.