Gecə klubundakı partlayışla bağlı məsuliyyətə cəlb olunanların adları açıqlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
İaşə obyektini icarəyə götürən “Merser food” MMC-nin administratoru işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi və klubun meneceri Orxan Səfərov, eləcə də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovla bağlı cinayət işi başlanılıb.
Onlar barədə araşdırmalar davam edir.