Hava proqnozu açıqlanıb.
Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18, gündüz isə 19-23 dərəcə isti olacaq.