Sabah paytaxtda yağış yağacaq. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6-10, gündüz isə 11-13 dərəcə isti olacaq.