Bakıda Sezen Aksunun təşəbbüsü və maliyyə dəstəyi ilə kimsəsiz uşaqlar üçün xeyriyyə aksiyası keçirilib. Bu haqda BakuPlus.az Baku.WS-ə istinadən bu gün, 8 aprel tarixində xəbər verir.
Təşəbbüskarı və maliyyəçisi Sezen Aksu olan aksiya Bakıda 1 saylı körpələr evində və İstanbul Qalip Öztürk adına kimsəsiz qızlar evində baş tutub.
Hər iki ölkədəki xeyriyyə tədbirləri Sezen Aksunun 1998-ci ildə Bakıda ilk konsertini təşkil edən, əvvəllər “ZODİAK-L” MMC (təşkilatçılıq və reklam) şirkətinin rəhbəri Lalə Mustafayeva tərəfindən icra və koordinasiya olunub.