Bakıda sinif yoldaşını döyən şagird başqa məktəbə köçürülüb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata əsasən, dava edən şagirdlərlə psixoloji söhbətlər aparılıb, onların valideynləri ilə görüş keçirilib, həmçinin rəhbərliyə tapşırıqlar verilib və hər iki şagird nəzarətə götürülüb.
Sinif yoldaşını döyən şagird isə valideynlərinin də xahişi ilə Yevlaxdakı məktəblərin birinə köçürülüb.
4 oktyabr tarixində 112 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri arasında dava baş vermişdi.