Bakının avtobus parkında BMC markalı avtobusların sayı 735-ə çatıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 11 aprel tarixində xəbər verir.
Ötən dövr ərzində şirkətdən Bakıya təbii sıxılmış qaz (CNG) ilə hərəkətə gələn 510 ədəd 12 metrlik və 20 ədəd 18 metrlik "Procity" modeli, 35 ədəd 9 metrlik "Neocity" modeli göndərilib.
Son məlumata görə, "Neocity" modelindən olan avtobuslardan daha 170 ədədi ölkəyə idxal olunub.
Türkiyənin BMC şirkəti indiyədək Azərbaycana 735 vahid müxtəlif ölçülü avtobus tədarük edib.