Paytaxtın tarixi binalarının görünüşünə müdaxilələrlə bağlı yoxlamalara başlanılır. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Tarix-memarlıq abidələrinin fasadına, ümumi eksteryerinə, interyerinə - bir sözlə, ilkin görünüşünə edilən icazəsiz müdaxilələr müəyyən edildikdə məsul şəxslər cərimələnəcəklər və dəymiş zərər aradan qaldırılacaq.
“Abidəyə hər hansı müdaxilə etməzdən öncə Dövlət Xidmətinə rəsmi qaydada müraciət etməyiniz və sizə müvafiq rəy təqdim edildikdən sonra işlərə başlamağınız tələb olunur”, - deyə qurum əlavə edib.