Bakının bəzi ərazilərində ucuz torpaq sahəsi, və ya torpaq tapmaq mümkün olmayacaq. Bu barədə 22 aprel tarixində Bakuplus.az Xəzərxəbər-ə istinadən məlumat verir.
Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən baş planına əsasən, ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. Bəzi ərazilərdə isə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binalarının sökülməsi planlaşdırılır.
Bakının yeni baş planına əsasən, 122.000 yaşayış binasının sökülməsi nəzərdə tutulub. Buna görə də bir çox ərazilərdə torpaq sahələri ilə yanaşı, mənzillərin də qiymətində bahalaşma gözlənir.
Əmlak məsələləri üzrə mütəxəssis Mülkədar Rüstəmov bildirib ki, yeni Baş plana əsasən şəhərə giriş-çıxışın təmin olunması üçün əlavə yollar tikiləcək. Turistlərin rahat koordinasiyalı hərəkəti üçün Ələt qəsəbəsində hava limanının tikintisi də nəzərdə tutulub.
[caption id="attachment_41676" align="alignnone" width="800"]
Foto Xəzər Xəbərin rəsmi Youtube kanalı[/caption]