Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyatdan keçib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az “Təmiz şəhər” ASC-yə istinadən xəbər verir.
25-ci rezident “Eko Step Baku” MMC tullantı şinlərdən rezin döşəmə istehsal edəcək. Şirkət il ərzində 300 ton məhsulun istehsalını planlaşdırır.
“Bu fəaliyyət hər il təbiətə atılan böyük həcmdə tullantını təkrar emala cəlb edərək, ətraf mühitin mühafizəsinə və yaşıl iqtisadiyyata töhfə verəcək”, - deyə qurum əlavə edib.