Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində yeni parklanma məntəqəsini istifadəyə verib. İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi yaradılıb.
Bakuplus.az AYNA-ya istinadən xəbər verir ki, yeni məntəqədə nişanlanma işləri tamamlanıb, sürücülər üçün rahat park etmə imkanı təmin edilib.
