Bakı şəhərində və yaxın ərazilərdə vətəndaşların avtomobil yollarını təhlükəsiz keçməsini təmin etmək məqsədilə yerüstü piyada keçidlərinin inşası davam etdirilir.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hazırda Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni keçidin tikintisi aparılır.
Keçid uzunluğu 51 metr, eni 3.5 metr olan platforması və 3 metr enində pilləkənlərdən ibarətdir. Artıq özül svayları və metal konstruksiyalar quraşdırılıb, keçiddə müasir liftlər və təhlükəsizlik kameraları da olacaq.
Layihə, piyadaların təhlükəsizliyini artırmaq üçün beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Növbəti illərdə digər ərazilərdə də oxşar keçidlərin tikintisi planlaşdırılır.
