Bakıdan qaçan dələduz Belarusda həbs edilib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
48 yaşlı Ağasəmid Məhərrəmov külli miqdarda pul mənimsəməkdə və sənəd saxtalaşdırmaqda ittiham olunur. O, Yasamal rayon Məhkəməsinin qərarı ilə beynəlxalq axtarışa verilib və Belarus ərazisində saxlanılıb.
Hazırda onun Azərbaycana ekstradisiya edilməsi üçün işlər görülür.