Bakı - Berlin aviareysi bərpa olunur. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
29 may tarixindən etibarən həftərnin çərşənbə axşamı və bazar günləri Bakı-Berlin-Bakı xüsusi reysləri həyata keçiriləcək.
Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.