Bakı-Tbilisi aviareysi ilə uçan təyyarə geri qayıtmağa məcbur olub. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Buta Airways” aviaşirkətinin J2-9223 nömrəli təyyarəsi Tbilisi hava limanı ətrafındakı tufanla əlaqədar eniş edə bilməyib. Bu səbəbdən hava gəmisi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.
Həmin reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.