Prokurorluq məhkəmənin qərarından narazıdır. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Baş Gömrük İdarəsinin böyük inspektorları vəzifəsində işləmiş Elmar Mirzəyev, Orxan Zöhrabov, Emin Xəlilov və Azər Baxşıyev, həmin şöbənin inspektorları vəzifəsində işləmiş Sadiq İsgəndərov və Rəfael Əzizov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev və "Global Broker" MMC-nin direktoru olmaqla "D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov səlahiyyətlərindən sui-istifadə edərək pul müqabilində malların gömrük nəzarətində sərbəst olunmasını təmin etmişdirlər.
Məhkəmə qərarı ilə Elmar Mirzəyevə 5 il, Sadiq İsgəndərov, Rəfael Əzizov, Emin Xəlilov, Azər Baxşıyev və Ceyhun Şabanova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, Orxan Zöhrabova təyin edilən 4 il azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub və 1 il sınaq müddəti təyin edilib, Mirağa Ağayevə isə bəraət verilmişdir.
Prokurorluq bu qərardan razı olmadığını və apellyasiya protesti verdiyini bildirib.