Bakı Şəhər Mədəniyyət Baş İdarəsində vətəndaşların qəbulu günləri müəyyənləşdirilib. Bu haqda 22 aprel tarixində İdarə məlumat verib.
Vətəndaş qəbulu və vətəndaşların müraciətlərinə baxılması işinin təşkil olunması sahəsində səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə Baş İdarənin rəisi tərəfindən vətəndaşların qəbulu günləri açıqlanıb. Qəbul 5 may saat 15:00-dan 17:00-dək həyata keçiriləcək.
Qəbula yazılmaq istəyənlər +994 12 492 60 47 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.