Bakı - Milan aviareysləri bərpa olunur. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Uçuşlar 21 may tarixindən etibarən hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Qiymətlər bir tərəfə 498, gediş-gəliş isə 907 azn təşkil edir.
Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.