Bakı Metropoliteni istismar müddəti başa çatmış 20 vaqonu xətdən çıxarıb. Bu haqda qurumun mətbuat xidmətinin rəsmisi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, utilizasiya bir neçə mərhələdə həyata keçirilir. Uyğun hissələr sökülür və vaqonlar kəsilib doğranır və metal qırıntısı kimi satılır. Hər bir vaqonun istifadə müddəti 31 ildir.
Daha öncə, 15 sentyabr Rusiya Federasiyasının “Метровагонмаш” şirkəti ilə müqavilə imzalanaraq 20 yeni vaqon alınıb. Vaqonlar gələn il Bakıya yola salınmalıdır.