Bakı Metropoliteninin yeni stansiyasında yenilik olacaq. Bu haqda bu gün, 8 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bənövşəyi xəttin “B-04” adlı yeni stansiyasında platformalarda təhlükəsizlik qapıları quraşdırılacaq. Beləliklə qatar ilə relslər arasında hasar olacaq, intihar və ya relslərə yıxılma hallarının qarşısı alınacaq.
“Bunu indiyə qədər inşa edilmiş stansiyalarda tətbiq etmək isə mümkün deyil, çünki onlarda həmin qapıların hərəkətə gətirilməsi üçün infrastruktur yoxdur”, - deyə qurumun mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib.