Bakıda aprelin 2-də, saat 08:00-dan 22:00-a kimi 71 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. Bu haqda bu gün, 31 mart tarixində Bakı Nəqliyyat Agentliyinə istinadən Bakuplus.az məlumat verir.
Dəyişiklik “Baksol” yolunda təmir işləri ilə bağlıdır.
Marşrut üzrə hərəkət sxemi “Azadlıq prospekti” metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - “Koroğlu” metro stansiyası istiqamətlərində təşkil ediləcək.