Bakıda daha 2 magistral yolda sürət həddi endirilib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Paytaxtın Babək prospektində maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saata, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.
Bununla bağlı müvafiq yol nişanları da quraşdırılıb.