Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi vəfat edib. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Vəkillər Kollegiyasının üzvü, 67 yaşlı Eldar Mikayılov dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü bildirilir.
Eldar Mikayılov 2021-ci ilin sonunda təqaüdə göndərilmişdi. Ondan sonra vəkillik fəaliyyəti ilə məşğul olurdu.