SOCAR Bakıdakı Neft Emalı Zavodunun işini müvəqqəti dayandırır. Bu haqda 7 aprel tarixində APA məlumat verib.
Aprelin 4-dən SOCAR planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətini dayandırır. Zavodda planlaşdırılmış profilaktik işlərin aparılması üçün qurğuların bir hissəsinin işinin müvəqqəti dayandırılmasına başlanılıb. Zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlanılacaq.
Aprelin 5-dən etibarən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi də profilaktik işlərin aparılması üçün öz fəaliyyətini dayandırıb.