AZAL Bakı-İstanbul reysləri üçün kampaniyaya başlayır. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Belə ki, 18 aprel tarixinə qədər Bakı-İstanbul və əks istiqamətdə reyslərə bilet alan şəxsə 2-ci bilet pulsuz olacaq. Həmçinin sərnişinlər 2 qat mil qazana biləcəklər.
Biletləri aviaşirkətin bütün akkreditə olunmuş agentliklərində və ya elektron poçt vasitəsilə əldə etmək mümkündür.