top
Bakıda həkimlərin ölüm diaqnozu qoyduğu körpə yolda ayıldı
02 yanvar 2026, 14:26
- ↺ +

Bakıda həkimlərin ölüm diaqnozu qoyduğu körpə yolda ayıldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda xəstəxanalardan birində öldüyü deyilən körpənin dəfn üçün Ağcabədiyə aparılarkən sağ olduğu müəyyənləşib.

Qafqazinfo.az xəbər verir ki, hadisə rayonunun Yeni Qaradolaq kəndində qeydə alınıb.

Belə ki, 9 aylıq kənd sakini Elif Pərviz qızı İsgəndərli bir müddət Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Lakin onun vəziyyəti ağırlaşdığı üçün Bakıda yerləşən özəl xəstəxanalardan birinə göndərilib.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, körpənin xəstəxanada vəfat etdiyi bildirilib. Bundan sonra ailə üzvləri Elifin cənazəsini dəfn etmək məqsədilə doğulduğu Yeni Qaradolaq kəndinə gətiriblər.

Dəfn üçün hazırlıq işləri görülən zaman körpədə həyat əlamətləri müşahidə olunub və o, ayılıb. Təxminən 3 saat yaşadığı bildirilən körpə daha sonra yenidən vəfat edib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

E.İsgəndərlinin atası Pərviz İsgəndərli faktı təsdiqləyib: "Qızım Elifin evdə hərarəti yüksəldi və təngnəfəs oldu. Uşağı təcili Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq, orada süni nəfəs aparatına qoşuldu. Bundan sonra vəziyyəti stabilləşdi. Amma gecə saat 02:00-da hava balonunda oksigen bitdiyi üçün uşaq aparatdan ayrılıb. Xəstəxana hava balonu tapmadı və oksigen olmadığından övladımın ağ ciyərində problem yarandı. Nəticədə körpənin mədəaltı vəzi sıradan çıxdı, şəkəri yüksəldi və o, komatoz vəziyyətə düşdü".

P.İsgəndərli bildirib ki, həkimlərin məsuliyyətsizliyindən körpəyə baxış keçirilməyib: "Həkimlər körpəni atama təhvil verib, xəstəxanadan çıxarıblar. Atam da təcili olaraq körpəni Bakıya - K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırıb. Burada məlum olub ki, uşaq komadadır və beyni sıradan çıxıb. 7 gün burada koma vəziyyətində müalicə alsa da, uşağın səhhətində irəliləyiş olmadı. Həkimlər bildirdilər ki, körpənin bütün orqanları sıradan çıxıb. Daha sonra qızımı özəl xəstəxanaya yerləşdirdik. Amma bu xəstəxananın həkimləri də bildirdilər ki, uşağın yaşaması mümkün deyil.

Uşağı süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə Bərdəyə gətirdik ki, evə qədər yaşasın. Bərdədə uşağı aparatdan ayırdılar və o, dünyasını dəyişdi. Uşağı evimizə, Ağcabədi rayonunun Qaradolaq kəndinə gətirdik. Dəfn mərasiminə hazırlaşarkən uşaq nəfəs almağa başladı, evə qaldırdıq. Evdə yenidən nəfəs darlığı başladı. Təcili tibbi yardım çağırsaq da, həkimlər heç bir müdaxilə edə bilmədi. Uşaqda hərarət yüksəldi və rəhmətə getdi.

Mənim uşağım Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim və tibb bacılarının məsuliyyətsizliyinin qurbanı olub. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik".

Son xəbərlər

Xəbər
Bu gün, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Bu gün, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Bu gün, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Bu gün, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Bu gün, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Bu gün, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Bu gün, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Bu gün, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Bu gün, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Bu gün, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Bu gün, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Bu gün, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Bu gün, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Bu gün, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Bu gün, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
Dünən, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Dünən, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Dünən, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
24 oktyabr 2026, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
24 oktyabr 2026, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Oxşar xəbərlər