Bakıda qardaş bacısını bıçaqlayıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Zığ yolu küçəsində baş verib.
DİN-in mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, dekabrın 6-da saat 18 radələrində Xətai rayonu Zığ yolu küçəsində paytaxt sakini 26 yaşlı A.Həsənovaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qardaşı M.Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.